Keçmiş məhkum yenidən tutuldu

9 İyun 2018 22:13 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əvəz Abbasov isti izlərlə yaxalanıb.

Belə ki, iyunun 8-də Ələt qəsəbəsi ərazisində qəsəbə sakini olan bir yeniyetmənin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Əvəz Abbasov saxlanılıb.