AzNews.az xəbər verir ki, təcrübəli mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında 3:1 hesablı qələbə qazandığı matçda komandanın çıxışından razı qaldığını bildirib:
“Son 10 gün ərzində keçirdiyimiz üçüncü yoldaşlıq oyunu idi. Qazaxıstanla qarşılaşmadakı məğlubiyyətdən sonra komandamızın oyuna hazır olmasına çalışdıq. Futbolçularımız bunu bacardılar. Hərəkətli bir rəqibə qarşı oynadıq. Futbolçular xarakter nümayiş etdirdilər, qalib gəldik. Həmkarıma və komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Qurbanovun sözlərinə görə, məsul oyunlar öncəsi start heyətini müəyyənləşdirib:
"Arxada qalan oyunlarda hələ ki, start heyəti ilə mübarizə aparmamışıq. Rəsmi oyunlara qədər təbii ki, futbolçuların performansından da çox şey asılı olacaq. Optimal heyəti Millətlər Liqasının ilk oyununda görəcəksiniz. Ancaq rəqiblərə uyğun olaraq heyətdə müəyyən dəyişikliklər də ediləcək. Yoldaşlıq oyunlarında futbolçuların potensialına yaxından bələd oldum və onlarda yaxşılığa doğru dəyişikliklər gördüm”.