“Əyləncənin ürəyi“ - ucuz barlar şəhəri- FOTOLAR/Video

20 Mart 2013 20:59 (UTC+04:00)


Dünya ölkələrinin gecə həyatından danışarkən ilk ağla gələn yerlərdən biri də Taylanddır. Bu ölkənin Pattaya şəhəri Güney Asiyanın ən məşhur gecə həyatını təmsil edir. Dünyanın ən uzaq ölkələrindən Taylanda məhz Pattayanın gecə həyatının iştirakçısı olmaq üçün gələnlərin sayı ilbəil artır. Pattayanın gecə həyatı Walking Street adlı yerdə başlayır. Buranı "əyləncənin ürəyi" adlandırırlar. Bir-birindən cəlbedici bar, disko, restoran və striptiz barların müştəri üstündə yarışa çıxdığı bu yerdə seksual azlıqlar da unudulmayıb. Onlar üçün rahat əylənə biləcəkləri məkanlar az deyil. Pattaya gecələri axşam saat 10 – da başlayır və səhərə qədər davam edir.

Pattaya öz diskoları ilə məşhurdur. Burada ölkənin hər yerindən gələn, seks turizmindən faydalanmağa çalışan 17-20 yaşlı qızlara rastamaq mümkündür. Onlar bu işi yaxşı qazanc üçün etdiklərini söyləməkdən çəkinmir və əsasən ağdərili müştərilərin hesabına qazandıqlarını gizlətmirlər.

Pattayada 50-dən çox bar, masaj salonları, disko, srtiptiz klublar var. Küçələr axşam saat 18- dən etibarən nəqliyyatın hərəkəti üçün bağlanır. Bu isə gecə əyləncəsinin başlaması deməkdir.

Pattaya təkcə əyləncəsi ilə deyil, həm də ucuzluğu ilə müştəriləri cəlb edir. Dünyanın başqa ölkələrində təklif edilən qiymətlərdən daha ucuzuna burada məşhur restoranlarda rahatlıqla əyləşmək olar. Hətta Pattaya ölkənin digər şəhərlərinə - Bankok, Kohsamui kimi şəhərlərə nisbətən də məqbul qiymətləri ilə fərqlənir.

Pattayada, "Beer Bar" və ya "Bar Beer" adlandırılan barlar çox məşhurdur. Bu barlarda çalışan qızlar ümumi adla "bar girls" deyə tanınır. Onlar hər müştəri ilə ayrılıqda maraqlanır, içki masasını bəzəyir, yaxud onunla bilyard oynaya bilərlər. Mini ətək və dekolte geyimləri ilə diqqətləri çəkən, ancaq adlarını söyləməyi sevməyən bu qızların vəzifəsi müştərini barda daha çox saxlamaqdır. Və təbii ki, bu müddətdə nə qədər çox işki içirə bilsə, o qədər çox qazanc əldə edər. Əlbəttə xidmət təkcə bununla yekunlaşmır. Əgər qızlardan bardan kənarda vaxt keçirmək istəyən olsa, bunun üçün "Bar fine" adlanan qiyməti ödəməlidir. Taylanddan başqa Filippinin də gecə həyatında bu qanun keçərlidir.

Pattayada hər barın özünün bu qızlara rəhbərlik edən əməkdaşı var. Onlar "mamasan" adlanır və daha çox yaşlı qadınlar olur. Mamasanlar bar qızlarına vəziflərini öytərmək, onlara nəzarət etmək, problem yaranmaması üçün çalışmaq vəzifəsini daşıyırlar. Mamasan olmaq üçün təkcə təcrübə kifayət deyil. Turistlərlə problem yaşamamaq üçün həm də xarici dil, xüsusən də ingilis dilini bilmələri vacibdir. Bar qızlarının hər birinin ayda nə qədər içki satacağı əvvəlcədən müəyyənləşdirilir. Əgər qız ayın sonunda əmək haqqı almaq istəyirsə, o zaman həmin miqdar içkini mütləq satmalıdır. Əgər bunu edə bilməsə, bar sahibləri onlara cəza kəsir. Bu cəza isə bardan kənarda müştəriyə xidmət edib, barda içki satışından qazana bilmədiyi pulu bu yolla ödəməkdir.

Pattayanın bar qızları təhsilsizdır və fiziki görünüşü ilə heç də gözəl deyillər. Onların müştəriyə xidmət müqabilində aldığı pul isə başqa ölkələrdə bəlkə də gülünc görünə bilər. Pattayada bərabərlik üçün qıza 20 dollardan da az pul ödənilir. Maraqlıdır ki, bəzən bu qızların yanında taylandlı sevgililəri də olur. Onlar həqiqi sevgililərdir, ancaq qadının hesabına yaşayan və Tayland dilində "farang", yəni "ağ adam" adlandırılanlarla sevgilisinin münasibətinə normal yanaşan, hətta onları buna həvəsləndirən gənclər.

Qızlarn əksəriyyəti Taylandın kasıb bölgəsi olan İsaan bölgəsindəndir. Onlar kəndlərdə doğulduqlarına, təhsil almadıqlarına və bərbad həyat şəraitinə görə ikinci sinif adlandırılır. Bu qızların pul qazanmağa gedən yolu avtobusa minərək Pattayaya gəldiyi gündən başlayır. Daha bir maraqlı fakt isə həmin qızların bu işə məcbur edilməməsi, əksinə özlərinin istəyi və bir çox hallarda ailələrinin təşviqi ilə pul qazanmağın bu yolunu seçmələridir.

Pattayada "Walking Street"də "Tonys", "Marine Disco", "Lucifer", "Alcazar", "Club insomnia", "Walking Street Bar" və "Mixx Discotheque" ən məşhur barlardır.

"Tonys club" xüsusilə ərəb, türk və İrandan gələn müştəriləri cəlb edir. Həmin müştəriləri VIP müştəri kateqoriyasına aid edən klub bəzi ölkələrin vətəndaşlarından isə kluba daxil olmaq üçün pul alır. Bu barın divarında Türkiyə bayrağına və məşhur türk müğənnilərinin şəkillərinə rast gəlmək olar.

Elnur
AzNews.az



http://www.uzmantv.com/pattayada-nasil-bir-gece-hayati-var