Türkiyədə zəlzələ baş verdi

10 İyun 2018 12:21 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu gün Türkiyənin Muğla vilayətinin Datça rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 01:24 -də qeydə alınıb. Zəlzələnin ocağı 13,55 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.