Kim Sinqapura gəldi - Trampla görüşə (Fotolar)

10 İyun 2018 14:05 (UTC+04:00)

“Report” xəbər verir ki, Sinqapur XİN-in başçısı Şimali Koreya lideri ilə birgə fotosunu "Twitter"də paylaşıb.

"Yenicə Sinqapura gəlmiş sədr Kim Çen Inı qarşıladım", - deyə Balakrişnan yazıb.

Bu gün Kim Çen Inın həmçinin Sinqapurun baş naziri Li Syanlun ilə görüşü planlaşdırılıb. İyunun 12-də isə KXDR lideri ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq.

AzNews.az