TANAP-ın açılışını Rəcəb Tayyib Ərdoğan edəcək

10 İyun 2018 15:41 (UTC+04:00)

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, TANAP ilə Azərbaycanın Xəzər dənizində yerləşən "Şahdəniz-2" qaz yatağı və Xəzərin cənubundakı digər yataqlardan hasil olunacaq qazın əvvəlcə Türkiyəyə, sonra da Avropaya daşınması planlaşdırılır.

Bildirilir ki, açılış mərasimində dost və layihədə maraqlı olan ölkələrin dövlət və hökumət başçıları, onların enerji nazirləri, enerji şirkətlərinin rəhbərləri və yüksək səviyyəli şəxslər iştirak edəcək.

AzNews.az