Gədəbəydə 2 avtomobil toqquşdu - Yaralılar var

10 İyun 2018 18:31 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun "Düz Yurd" deyilən ərazisində baş verib.

"Niva" markalı avtomobillə "Jiquli" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.