Papa Tramp və Kimə uğurlar arzuladı

10 İyun 2018 19:50 (UTC+04:00)

Bu barədə TASS Roma-katolik kilsəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Roma Papası bütün Koreya yarımadasında sülhün olacağına ümidini ifadə edib.

"Yenidən Koreya xalqına dualar və dostluq mesajı çatdırmaq istəyirəm. Yaxın günlərdə Sinqapurda baş tutacaq danışıqlar Koreya yarımadasında və bütün dünyada sülhün gələcəyinə zəmanət verən hadisələrin müsbət inkişafınə töhfə verə bilər. Buna görə Tanrıya dua eləyək", - deyə Fransisk bildirib.

Qeyd edək ki, Kim Çen In və Tramp artıq danışıqların keçiriləcəyi Sinqapura gəliblər.

AzNews.az