Almaniyada "BMW" zavodunda yanğın - Yaralılar var

10 İyun 2018 20:38 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, yanğına səbəb zavodun müəssisələrindən birində maqnezium tərkibli məhsullar yanıması olub.

Yanğın nəticəsində zavodun azı 3 işçisi xəsarət alıb.

Yanğın səbəbi ilə şəhərdə güclü tüstülənmə olub. Sakinlərə evlərin pəncərə və qapılarını bağlamaq tövsiyə edilib.

Hazırda yanğın yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb. Yanğının səbəbləri araşdırılır.