Güləşçimiz Avropa Çempionu oldu

10 İyun 2018 21:35 (UTC+04:00)

"Report"un məlumatına görə, sonuncu yarış günündə Azərbaycan sərbəst güləşçisi Şami Zubairov qızıl medal qazanıb.

92 kq çəki dərəcəsində yarışan Zubairov ardıcıl olaraq, Rusiya və Ermənistan təmsilçilərinə qalib gəldikdən sonra finala yüksəlib. Qızıl medal uğrunda görüşdə isə o, gürcüstanlı rəqibini tam üstünlüklə yenərək, Avropa çempionu olub.

61 kq-da mübarizə aparan Elçin Vəliyev ilk görüşündə rumıniyalıya qalib gəlsə də, yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Vəliyev həlledici görüşdə Türkiyə güləşçisinə yenilərək, çempionatı 5-ci sırada tamamlayıb.

AzNews.az