Türkiyədə lazer müdafiə sisteminin uğurlu sınağı keçirildi

11 İyun 2018 09:55 (UTC+04:00)

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, yeni lazer müdafiə sistemi Türkiyənin ASELSAN şirkətində istehsal olunub. Tamamilə yerli istehsal olan bu sistem zirehli hərbi maşın üzərində yerləşdirilir. Bu silah təsbit edilmiş təhlükəli hədəfi, o cümlədən pilotsuz aparatın özünü, onun apardığı yükü və yaxud kamerasını dəqiq zərərsizləşdirmək qabiliyyətinə malikdir.

AzNews.az