“Bakı-Tbilisi-Qars dəmir yolu region üçün strateji əhəmiyyətə malikdir” - Nazir

11 İyun 2018 11:17 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisinin açılışında deyib.

Nazir bildirib ki, infrastrukturun yaradılması, multimodal logistik sistemlərin təkmilləşdirilməsi Azərbaycandan keçən etibarlı və təhlükəsiz nəqliyyat sistemlərinin fəaliyyəti və dəhlizlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır:

"Azərbaycan Avrasiya nəqliyyat dəhlizlərinin, o cümlədən Qafqaz regionundan keçən dəhlizlərin inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Prezident İlham Əliyev ölkənin qlobal nəqliyyat və logistik mərkəzə çevrilməsi üzrə dövlət siyasətini müəyyənləşdirən bir sıra sərəncamlar imzalayıb. Bu sərəncamlar infrastruktur layihələrinin reallaşdırılması zamanı idarəetmənin və hüquq bazasının yaxşılaşdırılmasına imkan verir".

R.Quluzadə qeyd edib ki, belə layihələrdən biri olan Bakı-Tbilisi-Qars ötən ilin oktyabrında istismara verilib və region üçün strateji əhəmiyyətə malikdir.

AzNews.az