Ərdoğanın xanımından Əmraha jest

20 Mart 2013 22:54 (UTC+04:00)



Həmkarları Mahsun Kırmızıgül və Özcan Dənizdən sonra müğənni Əmrah da kino sahəsində özünü sınamğa qərar verib. Artıq iki ildən çoxdur ki, ssenarisi üzərində çalışdığı kinonun çəkimlərinə sentyabr ayında start verilir. Məşhur film istehsalçısı Osman Yağmurdərəlinin həyat yoldaşı Əsin Yağmurdərəlinin prodüser olduğu filmin çəkiliş prosesləri çətin amma maraqlı keçir.

Kino tənqidçiləri durmadan mətbuatda təzadlı fikirlər söyləyirlər. Onlar Əmrahın Özcan Dənizin və Mahsun Kırmızıgülün yolunu davam etdirmək istədiyini tez-tez vurğulayırlar. Bir qism bu film ilə Əmrahın ikinci baharını yaşayacağını söyləyir. Digər bir qism isə ulduzu parladıqdan sonra 10 il ərzində 20-dən çox filmə çəkilməsinə baxmayaraq bu filmin uğursuz olacağını, dövrün dəyişdiyini,artıq insanları təəcübləndirməyin çox çətin olduğunu qeyd edib. Artıq ekranlarda az –az görünən müğənninin rejissorluğunu üstləndiyi bu filmlə yenidən gündəmə gəlmək istədiyini açıq-aşkar dilə gətirən insanlar da az deyil. Əmrah isə bütün bunlara cavabında "sinemacı" olmağa iddialı olduğunu söyləyib.

Film haqqında fikirlərini söyləyən Əmrah qeyd edib ki, serial çəkməklə bədii film çəkmək arasında böyük fərq var. Serialı ekranlaşdırarkən ziyanla bərabər xeyir də əldə oluna bilər. Amma film çəkərkən ya udarsınız, ya uduzarsanız. Ya əlində olanı da itirərsən, ya da 10 qatını əldə etmək şansınız olar.

Mövzusu isə nəinki Türkiyədə,hətta dünyada geniş yayılmış qadın hüquqlarının çərçivələnməsi,qadınlara yönəlik şiddət olan filmdə Həsən Küçükçetin, Duyğu Kəsər, Bəyza Şəkərci və digər məşhur türk aktyorları rol alır.

8 Mart Beynəlxalq qadınlar günündə Berlində Alhambara kinoteatrında qala gecəsi keçirilən filmin bütün heyəti gecədə iştirak edib. Ən diqqət çəkən məqam isə baş nazir Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanən gecədə iştirak etməsi olub.Əminə xanımın film haqqında fikirləri müsbət olub.

23 martda Azərbaycanda- Nizami Kino Mərkəzində ilk dəfə nümayiş olunacaq filmin biletləri artıq satışa çıxarılıb.

Aysel
AzNews.az