“Suaresi dişləyə bilərəm” - Rusiyalı futbolçu

11 İyun 2018 12:12 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, "Spartak"da çıxış edən arxa xətt oyunçusu qrupdakı rəqibləri olan Uruqvayla Misirin ulduz futbolçuları - Məhəmməd Salahla Luis Suares barəsində danışıb. 24 yaşlı futbolçu uruqvaylı forvard Luis Suaresdən qoxmadığını və lazım gələrsə, onu dişləməyə hazır olduğunu deyib: "Luis Suaresdən qorxurammı? Əlbəttə, xeyr. Ehtiyac olarsa, onu dişləyə də bilərəm".

Kutepov Salahın qarşısını Ramos kimi kəsməyə hazır olduğunu deyib: "Salahın oynadığı futboldan narahat deyiləm. Lazım gəlsə, Serxio Ramos kimi onun qarşısı alaram".

Qeyd edək ki, Rusiya A qrupunda Uruqvay, Misir və Səudiyyə Ərəbistanı ilə birgə yer alıb.

AzNews.az