Bakıda iki nəfər intihar etdi

11 İyun 2018 12:16 (UTC+04:00)

“Report” xəbər verir ki, hər iki hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Məlumata görə, 1977-ci il təvəllüdlü Əjdər Sadıqov özünü asıb.

Həmin rayonda 1963-cü il təvəllüdlü Elmira Seyfullayeva isə damarlarını kəsib, nəticədə qanitirmədən ölüb.

E.Seyfullayevanın onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzNews.az