“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar şirkətdə işlə təmin olunmalarını tələb edilər.
Etiraz aksiyasının iştirakçıları bildirib ki, bu şirkətin fəaliyyət göstərməsi səbəbindən bağ, əkin yeri, örüş, meşə və başqa torpaq sahələrindən məhrum olublar: “İndi isə bizi işdən çıxarıblar. Hamımızın kredit borcu var. Bizi düşünən yoxdur. Onlar bizi dilənçi vəziyyətinə salırlar. Bizdən alınan torpaqlarda niyə başqaları işləməlidir? Bu sualımıza cavab verilməyənədək yolu açmayacağıq”.
Məlumata görə, bu ilin fevralında “Valleks” şirkətlər qrupu “Texut”da daxil olmaqla işçilərin sayını 1190-dan 300-dək azaldacağını açıqlayıb. Sakinlər isə bildirib ki, əməkdaşlar ixtisar olunsa belə ilk növbədə onlar işlə təmin olunmalıdır.
Qeyd edək ki, bu mis-molibden müəssisəsini sahəsi 80 ha-dır. “Texut” 440 ailənin torpağını əlindən alıb. Şirkət 150 nəfəri işlə təmin etmək üçün təxminən 1500 nəfərin ənənəvi işdən məhrum edib.
AzNews.az