Venesuela neft ixrac etməkdə çətinlik çəkir

11 İyun 2018 12:30 (UTC+04:00)

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Venesuela neft ixracında çətinliklərlə üzləşib. Neft istehsalı da azalan Venesuelada dövlətə məxsus PDVSA (“Petroleos de Venesuela”) şirkəti arbitraj qərarları ilə əlaqədar neft ixracı müqavilələri üzrə öhdəliklərini vaxtında yerinə yetirə bilmir. Son zamanlarda Venesuela limanlarında 24 milyon barrel yükləmə gözləyən tankerlərin olduğu bildirilir.

Xüsusilə ABŞ-ın “ConocoPhilipps” neft şirkətinin qazandığı 2 milyard dollarlıq arbitraj məhkəməsindən sonra öz alacaqlarını təmin etmək üçün “PDVSA”nın Karib adalarındakı neft emalı zavodlarının məhsullarını mənimsəyib. Bundan sonra Venesuela yükləmələri öz limanlarından etməyə məcbur olub.

AzNews.az