İranda antiterror əməliyyatı keçirildi - 16 terrorçu öldürüldü

11 İyun 2018 12:59 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam İnqilab Keşikçiləri Korpusunun quru qoşunları komandiri Məhəmməd Pakpur mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, ölkənin cənub-şərqində keçirilən əməliyyatda PKK terror təşkilatının İran qolu olan PJAK üzvləri məhv edilib.

M. Pakpur qeyd edib ki, əməliyyat zamanı 16 terrorçu zərərsizləşdirilib. Əməliyyatda iştirak edən İran İslam İnqilab Keşikçiləri Korpusunun şəxsi heyəti itki verməyib.

AzNews.az