Qardaşının maşınını yandırdı

11 İyun 2018 13:04 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iyunun 9-da Yevlax şəhəri ərazisində şəhər sakini Nizami Məmmədov qardaşı Vaqifə məxsus “Mercedes” markalı avtomobili qəsdən yandırıb.

N.Məmmədov Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.