Prezident Futbol üzrə dünya çempionatının açılışına qatılacaq

11 İyun 2018 13:09 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" Prezident Administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb.

Qeyd edək ki, dünya çempionatının açılış mərasimi iyunun 14-də “Lujniki” stadionunda keçiriləcək.

Açılış mərasimi Rusiya və Səudiyyə Ərəbistanı yığmalarının qarşılamasından öncə baş tutacaq.

Mərasiminə bir neçə ölkənin liderləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir.

AzNews.az