"Report" A Bolaya istinadən xəbər verir ki, "Barselona" klubunun müdafiəçi sağ dizindən xəsarət alıb. 31 yaşlı futbolçu yığmanın Krasnodardakı hazırlıq prosesində sona qədər iştirak edə bilməyib. Pikenin zədəsinin ciddilik dərəcəsi tibbi müayinədən sonra bəlli olacaq.
Qeyd edək ki, İspaniya dünya çempionatının qrup mərhələsində Portuqaliya (15 iyun), İran (20 iyun) və Mərakeş (25 iyun) yığmaları ilə üz-üzə gələcək.
AzNews.az