Yay fəslinin nə vaxt başlayacağı məlum oldu

11 İyun 2018 16:00 (UTC+04:00)

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, yay fəsli iyunun 21-i, Bakı vaxtı ilə saat 14:07-də Azərbaycana gələcək.

Payızın Azərbaycana gəlişi sentyabrın 23-ü, Bakı vaxtı ilə saat 05:54-də, qış fəslinin başlanması isə dekabrın 22-si, Bakı vaxtı ilə saat 02:22-də baş verəcək.

AzNews.az