Bu barədə "Report" yerli "Orlando Sentinel" qəzetinə istinadən xəbər verir.
Orlando şəhər polisinin rəhbəri Con Meynin sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları evdə zorakılıq siqnalı üzrə mənzillərdən birinə çağırılıblar. Təqsirləndirilən şəxs saxlanılarkən polislə onun arasında atışma olub və bir polis ağır yaralanıb.
Atışmadan sonra kişi 1 yaşdan 12 yaşa qədər dörd uşağın olduğu mənzildə gizlənib.
Hadisə yerinə xüsusi təyinatlıları gəlib, onlar atəş açan şəxslə danışıqlar aparmağa çalışırlar.
AzNews.az