Rus səfirin pul kisəsini oğurladılar

11 İyun 2018 17:42 (UTC+04:00)

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq hadisəsi diplomat Sibiu şəhərində olarkən baş verib.

Məlumatı təsdiqləyən diplomatik mənbələr bildiriblər ki, Kuzmin həyat yoldaşı ilə şəhərin Böyük Meydanında gəzərkən naməlum şəxs onun pul kisəsini oğurlayıb. Portmanatda 1250 lev (təxminən 300 dollar), 250 dollar, diplomatik kart və şəxsiyyət vəsiqəsi olub. Səfirlik isə hələlik məlumatı təsdiqləməyib.

AzNews.az