Goranboyda 2 avtomobil toqquşdu - Ölən var

11 İyun 2018 22:21 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Faxralı kəndinə gedən yolda baş verib.

Hərəkətdə olan “VAZ 2107” və “VAZ 21011” markalı iki avtomobil toqquşub.

Qəza zamanı avtomobillərə ziyan dəyib. “VAZ 21011”-də olan sərnişin Alpud kənd sakini 1959-cu il təvəllüdlü Hacıyev Elçin qəzada xəsarət almadığını bildirərək evə gedib. Təxminən bir saat sonra o evdə ölüb. E. Hacıyevin ürək damar xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.