Şirkət rəhbəri 3 min manat cərimələndi

12 İyun 2018 09:28 (UTC+04:00)

Nazirlikdən AzNews.az-a verilən xəbərə görə, araşdırma zamanı havaya tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Buz Metal” MMC tərəfindən atıldığı müəyyən edilib.

Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.

Faktla bağlı MMC-nin direktoru Məmməd Ələkbərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub. Bundan başqa, qanun pozuntusunun aradan qaldırılması üçün MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.