Boksçularımız beynəlxalq turnirdə birinci oldu

12 İyun 2018 10:06 (UTC+04:00)

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, komandamız turniri 5 qızıl və 4 gümüş medalla başa vurub. Belə ki, bütün rəqiblərinə qalib gələn Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (+91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (+91 kq) isə ikinci yeri tutublar.

Bu göstərici ölkəmizi komanda hesabında birinci edib. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.

Qeyd edək ki, millimiz Vətənə bu gün qayıdacaq.

AzNews.az