59 yaşlı kişi intihar etdi

12 İyun 2018 10:15 (UTC+04:00)

Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, bir neçə gün əvvəl rayon ərazisində yerləşən istifadəsiz tikilidə asılmış kişi meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində onun 1959-cu il təvəllüdlü Azər Əlisurət oğlu İsayev olduğu müəyyən edilib. İlkin məlumata görə, A. İsayev intihar edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az