Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Hələ mərasim başlamazdan əvvəl, imzalanması üçün qovluqlar və üzərində Donald Trampın adı olan iki eyni qələm masanın üzərinə qoyularkən Şimali Koreya liderinin ağ əlcəkli təhlükəsizlik işçisi qələmi açaraq onu salfetlə silib.
Amma imzalamadan əvvəl bacısı Kim Yo Çjon KXDR liderinə yaxınlaşaraq ona lələkvari qələm uzadıb. Kim Çen In də məhz o qələmlə yekun sənədi imzalayıb.
AzNews.az