Saatlıda pambıq tarlasında baş vermiş zəhərlənmənin ilkin səbəbi açıqlandı

12 İyun 2018 12:17 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, ekspertizaların ilkin rəyinə əsasən, pambıq tarlasında baş vermiş zəhərlənmənin mənşəyi qida məhsulu deyil: "Bu, qida zəhərlənməsi deyil. İlkin nəticələrə görə, zəhərlənmə pambıq tarlasında istifadə olunan herbisidlərdən baş verib".

Q. Təhməzli qeyd edib ki, Saatlı rayonunda pambıq tarlasında 24 nəfər zəhərlənib, 4 nəfər Bakı şəhərinə köçürülüb. Xəstələrin hamısının vəziyyəti qənaətbəxşdir. Bir qismi evə buraxılıb.

AzNews.az