Venesuelada illik inflyasiya 24 600%-ə çatıb

12 İyun 2018 12:56 (UTC+04:00)

"Report"un xarici mətbuata istinadən yaydığı xəbərə görə, bu barədə ölkənin Milli Assambleyası məlumat yayıb.

Məlumata əsasən, təkcə mayda Venesuelada qiymətlər 110%, yəni 2 dəfədən çox artıb. Ölkənin milli valyutası bolivar son 1 ildə ABŞ dolları qarşısında dəyərini 98% itirib.

AzNews.az