Torpaq sürüşməsi 10 nəfərin həyatına son qoydu

12 İyun 2018 13:09 (UTC+04:00)

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, güclü leysan yağışları ölkənin cənub-şərqində, paytaxtdan 391 kilometr məsafədə yerləşən Ranqamati dairəsində torpaq sürüşmələrinə səbəb olub.

Təbii fəlakət nəticəsində regionda bir çox evin torpaq altında qaldığı bildirilir. Ölü sayının artacağı istisna edilmir.

AzNews.az