Lavrov Tramp-Kim görüşünə münasibət bildirdi

12 İyun 2018 15:35 (UTC+04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Sinqapurda keçirilən görüşü şərh edərkən bildirib.

"Biz də sizin kimi televizora baxırıq, hər iki tərəfin verdiyi şərhləri izləyirik. Sənədləri görməmişik. Məncə, onlar hələ dərc olunmayıb. Lakin görüş faktı əlbəttə ki, müsbətdir", - deyə Lavrov jurnalistlərin sualına cavabında vurğulayıb.

AzNews.az