Koalisiya Suriyada kəndi bombaladı - Ölənlər var

12 İyun 2018 15:40 (UTC+04:00)

Trend-in məlumatına görə, hücum nəticəsində 7 nəfər kənd sakini həlak olub, daha bir neçə nəfər yaralanıb.

Aviabombalar Tal-əş-şayr kəndinə endirilib.

Qeyd edək ki, bu son ay ərzində dinc sakinlərin ölümü ilə nəticələnən ilk aviazərbə deyil. İyunun 5-də Cazaa kəndinə aviazərbələr nəticəsində 10 dinc sakin ölmüşdü.

AzNews.az