250 kiloqram at əti zərərsizləşdirildi - Fotolar

12 İyun 2018 16:39 (UTC+04:00)

İdarədən APA-ya verilən məlumata görə, aşkar edilən ətin qida üçün yararlığını və mənşəyini müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə həmin ətlərin keyfiyyətsiz at əti və insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq at ətinin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq sümüksüz at əti baytarlıq mütəxəssislərinin nəzarəti altında Xaçmaz rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.

AzNews.az