Azərbaycan Ukraynanı Cənub Qaz Dəhlizi layihəsində iştiraka dəvət etdi

12 İyun 2018 17:53 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə TANAP layihəsinin açılışında iştirak etmək üçün Türkiyədə - Əskişəhərdə səfərdə olan hər iki ölkə prezidentinin ikitərəfli görüşü ilə bağlı Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilir ki, görüşdə energetika sahəsində gələcək əməkdaşlığın dərinləşməsinə xüsusi diqqət yönəlib.

Tərəflər gələcək faydalı əməkdaşlığın Türkiyə-Azərbaycan-Ukrayna formatında da davam etdirilməsinə dair razılıqlarını ifadə ediblər.

AzNews.az