Göyçay sakininə məxsus avtomobildən heroin götürülüb

12 İyun 2018 18:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakini Rüstəm Səmədov və Ağdaş rayon sakini Tahir Məmmədov saxlanılıb. R.Səmədova məxsus avtomobilə baxış keçirilən zaman oradan ümumi çəkisi 75,174 qram heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxslər narkotik vasitəni Şirvan şəhər sakini Yusif Abbaszadədən aldıqlarını etiraf ediblər. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Y.Abbaszadə saxlanılaraq şöbəyə gətirilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.