“Biz 21-ci əsrin enerji tarixini yazırıq” - Prezident

12 İyun 2018 19:11 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham ƏliyevTürkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində söyləyib.

Dövlət başçısı deyib ki, Türkiyə hazırda dünya gündəliyini müəyyən edir:

“Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub”.