"Bəziləri layihənin gerçəkləşməyəcəyini düşünürdülər" - Ərdoğan TANAP-ın açılışında

12 İyun 2018 20:05 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanƏskişəhərdə TANAPlayihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bəziləri layihənin gerçəkləşməyəcəyini düşünürdülər:

“Lakin biz Azərbaycanla birlikdə səbr etdik və doğru bildiyimiz yolla hərəkət etdik. İndi bu qürur tablosuna şahidik. Qarşımızda yeni layihələr, yeni uğur hekayələri var. Azərbaycan prezidenti İlham Əliyevə göstərdiyi liderliklə bağlı bir daha təşəkkür edirəm”.