"Cənub-Şərqi Avropada enerji təhlükəsizliyini təminat altına alırıq" - Serbiya lideri

12 İyun 2018 20:37 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində çıxışında deyib.

O bildirib ki, bu layihə ilə Cənub-Şərqi Avropada vacib addım atılıb:

"Avropanın bu sahəsində enerji təhlükəsizliyini qarantiya altına alırıq. Bütün bunlar işbirliyimizə töhfə verəcək.

Serbiya bu kimi layihələrə qatılmağa böyük maraq göstərən ölkədir.

Enerji axınının davamlılığı tək Serbiya deyil, bu bölgənin enerji təhlükəsizliyi baxımından çox önəmlidir”.