51 yaşlı qadın intihar edib

21 Mart 2013 14:53 (UTC+04:00)



Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Qullar kəndində qeydə alınıb.

Qullar kənd sakini, 1962-ci il təvəllüdlü Ağcayeva Mehriban Səyidbəy qızı naməlum səbəbdən özünü yaşadığı evin zirzəmisində asaraq intihar edib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

AzNews.az