Hindistanda ağır yol qəzası - 17 nəfər öldü

13 İyun 2018 09:23 (UTC+04:00)

Trend-in məlumatına görə, yol qəzası nəticəsində azı 17 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, sərnişin avtobusu ötmə əməliyyatı etmək istəyərkən maneəyə çırpılıb və aşıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

AzNews.az