64 yaşlı qadın yol qəzasının qurbanı oldu

13 İyun 2018 10:54 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində baş verib. 1972-ci il təvəllüdlü Ruslan Məmmədov idarə etdiyi “QAZel” markalı avtomaşınla piyada, 1954-cü il təvəllüdlü Sonaxanım Zülfüqarovanı vurub. Xəsarət alan qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az