“Cənub Qaz Dəhlizi” Avrasiyada yeni əməkdaşlıq və işbirliyi formatı yaratdı - İlham Əliyev

13 İyun 2018 11:39 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.

Prezident vurğulayıb ki, Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir:

“Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun”.

AzNews.az