Bu proqnoza tam əməl edilməyib

13 İyun 2018 12:26 (UTC+04:00)

"APA-Economics"in məlumatına görə, bu ilin 4 ayı ərzində büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 108,9 mln. manat olub. Bu, proqnoz tapşırıqdan 31,9 mln. manat və ya 22,7% azdır.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 140,8 mln. proqnozlaşdırılıb.

Xatırladaq ki, ötən ilin yanvar-aprel aylarında büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 91,7 mln. manat olub.

AzNews.az