İrəvan meriyasında xüsusi əməliyyat keçirilir

13 İyun 2018 13:27 (UTC+04:00)

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, xüsusi əməliyyat hazırda davam edir.

Əməliyyatın təfərrüatları barədə yaxın zamanlarda məlumat veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl İrəvan meriyasında korrupsiya halları aşkar olunmuşdu. İrəvan sakinləri etiraz aksiyaları keçirərək mer Taron Marqaryanın istefa verməsini tələb edib.

AzNews.az