Qvatemalada vulkan püskürməsi - 114 nəfər öldü

13 İyun 2018 14:23 (UTC+04:00)

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, on gün əvvəl püskürən vulkanın ətrafında indiyə qədər 114 nəfərin cəsədi aşkarlanıb, 150-dən çox insan isə hələ də itkin düşmüş sayılır. Vulkanın ümumilikdə 1,7 milyon insana təsir etdiyi ehtimal olunur.

İyunun 3-dən bəri təhlükəli ərazilərdən 4 mindən çox yerli sakin təxliyə edilib və müvəqqəti sığınacaqlara yerləşdirilib. Hakimiyyət orqanlarının vulkandakı aktivliyi əvvəlcədən gördüyü, lakin əhalinin təxliyəsi barədə qərarı gecikdirdiyi iddiası ilə təhqiqat başlayıb.

AzNews.az