“Artıq Şimali Koreyadan nüvə təhdidi yoxdur” - Tramp

13 İyun 2018 14:40 (UTC+04:00)

"Report" RT-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Twitter"də yazıb.

"Artıq Şimali Koreyadan nüvə təhdidi yoxdur. Kim Çen In ilə görüş maraqlı və müsbət təcrübə oldu. Şimali Koreyanın gələcəkdə böyük potensialı var", - o qeyd edib.

Tramp həmçinin yazıb ki, ABŞ-ın sabiq prezidenti Barak Obama KXDR-i ən böyük və ən təhlükəli problem adlandırıb: "Amma artıq yox, bu gün rahat yatmaq olar".

AzNews.az