Sinqapur hökuməti KXDR-ABŞ sammitinin təşkilinə çəkilən xərci açıqladı

13 İyun 2018 16:57 (UTC+04:00)

"Report" CNBC-yə istinadən xəbər verir ki, bu barədə Sinqapur baş naziri Li Syanlun bildirib.

Bu məbləğə dövlət başçılarının Sentosa adasındakı dəbdəbəli "Capella" hotelində qalması, eləcə də təhlükəsizliyin təmin edilməsi və beynəlxalq mətbuat mərkəzinin yaradılması xərcləri daxildir.

Qeyd edək ki, Sinqapur həm KXDR, həm də ABŞ-la əlaqələr qurmuş azsaylı ölkələrdən biridir.

AzNews.az