Yunanıstanda taksi sürücüləri etiraz aksiyası keçirirlər

13 İyun 2018 17:41 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, etiraza səbəb Uber xidmətinin yenidən işə düşməsi olub. Taksi sürücüləri Uber xidməti tam ləğv edilənədək etiraz aksiyalarının səngiməyəcəyini bildiriblər. Ötən ilin sonunda Avropa Məhkəməsi Uber xidmətinin rəqəmsal deyil, nəqliyyat xidməti göstərdiyini bildirib və bununla bağlı qanunvericiliyə riayət edilməsinin mühüm olduğu barədə qərar çıxarıb. Taksi sürücülərinin etiraz aksiyaları əhali arasında kütləvi narazılıqlarla nəticələnib.

AzNews.az